“Neftçi”nin yeni baş məşqçisi sabah açıqlanır
14.10.2024 - 00:21

"Neftçi"nin yeni baş məşqçisinin adı artıq bəllidir.
Apasport.az-ın əldə etdiyi məlumata görə, klub bu posta Samir Abasovu təyin edəcək.
Tərəflər arasında danışıqlar nəhayət ki, müsbət nəticələnib. Mütəxəssis "ağ-qaralar"la razılığa gəlib.
"Neftçi" onun təyinatını sabah rəsmi olaraq açıqlayacaq. Bildirilir ki, Abasov artıq "Sumqayıt"ı tərk edib.
Qeyd edək ki, mütəxəssis 2020-22-ci illərdə də paytaxt təmsilçisini çalışdırıb. Klub onun rəhbərliyi altında 2021-ci ildə Azərbaycan Premyer Liqasının çempionu olub.
0
0