"Neftçi"nin yenilənmiş stadionu təqdim edilib - VİDEO
28.09.2024 - 15:49

"Neftçi"nin yenilənmiş stadionu təqdim edilib.
Apasport.az xəbər verir ki, klub sosial media hesabında "Neftçi Arena"nın yeni görüntülərini paylaşıb.
Stadionun tribunaları, oturacaqları və infrastrukturu tamamilə yenilənib. Oturacaqlar ağ-qara rənglərə boyanıb.
Paytaxt klubu "Neftçi Arena"da bu gün doğma azarkeşlər önündə "Sumqayıt"ı qəbul edəcək. Qarşılaşma saat 19:30-da start götürəcək.
0
0