"Neftçi"nin yoxlama oyunundakı rəqibi bilindi
23.03.2023 - 21:10

"Neftçi" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə yoxlama görüşü keçirəcək.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” “Qəbələ” ilə qarşılaşacaq.
Bu matç martın 25-də baş tutacaq. Yoxlama oyunu Bakıxanov qəsəbəsindəki Türk Hava Yolları Futbol Mərkəzində təşkil olunacaq. Qarşılaşma saat 16:00-da başlayacaq.
Qeyd edək ki, "Neftçi"nin baş məşqçisi Laurentsiu Reqekampf "Qalatasaray"la oyun üçün "Qarabağ"a futbolçu verməyəcəklərini, özlərinin də yoxlama matçının olduğunu açıqlamışdı.
0
0