Neymar yenə zədələndi
05.11.2024 - 09:36

“Əl Hilal”ın futbolçusu Neymar yenidən zədələnib.
Apasport.az xəbər verir ki, braziliyalı hücumçu Asiya Çempionlar Liqasında “İstiqlal”la matçda (3:0) əzələsini dartıb. Futbolçunun durumu hələ açıqlanmayıb.
Neymar ötən ilin noyabrında Braziliya millisində aldığı zədə səbəbindən bir il yaşıl meydanlardan uzaq qalmışdı. O, ötən ayın sonlarında zədəsini tam bərpa etmişdi.
0
0