Nicat Süleymanov yenidən "Kəpəz"də
05.07.2024 - 23:23

“Kəpəz” heyətini Nicat Süleymanovla gücləndirib.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi ilə "1+1" illik müqavilə bağlanıb.
26 yaşlı futbolçu son mövsümü Premyer Liqa təmsilçisi "Araz Naxçıvan"da keçirib. Nicat Süleymanov əvvəllər də "Kəpəz"də çıxış edib. O, həm I Liqada, həm də elitada komandanın şərəfini qoruyub.
Qeyd edək ki, Nicat 2023/2024 mövsümündə 24 oyunda meydana çıxıb.
0
0