"Qarabağ" bu gün 2 matça çıxacaq
09.07.2024 - 09:58

“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün iki yoldaşlıq oyunu keçirəcək.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə Almaniyanın “Kayzerslautern” klubu ilə qarşılaşacaq.
Həmin oyun Bakı vaxtı ilə 14:30-da başlayacaq.
Azərbaycan çempionu günün ikinci matçında isə saat 20:00-da “Viktoriya”(Plzen) ilə üz-üzə gələcək.
0
0