Balde 1,5 ay oynaya bilməyəcək
29.05.2023 - 14:56

"Barselona"nın müdafiəçisi Alexandro Baldenin durumuna aydınlıq gəlib.
Apasport.az saytı xəbər verir ki, İspaniya La Liqasının XXXVII turunun “Malyorka” ilə matçında zədələnən futbolçu 1,5 ay meydana çıxa bilməyəcək.
Görüşün 17-ci dəqiqəsində zədə səbəbindən oyunu tərk etməli olan 19 yaşlı oyunçu 6-7 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Həkimlərin müayinəsindən sonra ispaniyalının sağ topuğunun yan kollateral bağında yırtıq aşkarlanıb.
Qeyd edək ki, İspaniya millisinin üzvü son mövsümdə 43 matçda 1 dəfə fərqlənib.
0
0