“Qarabağ” Finlandiyaya yollandı
16.08.2023 - 11:22

Azərbaycan çempionu “Qarabağ” bu gün Finlandiyaya yola düşüb.
Apasport.az saytının məlumatına görə, Ağdam klubu Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün səfərə çıxıb.
Qurban Qurbanovun yetirmələri sabah HİK-in qonağı olacaq. Bakıda 2:1 hesablı qələbə qazanan “Qarabağ” bu üstünlüyü Helsinkidə qorumağa çalışacaq.
Qeyd edək ki, HİK – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
0
0