“Qarabağ” “Monako”ya çatdı - klub reytinqi
14.10.2022 - 15:27

Avrokubokların qrup mərhələsində IV tur başa çatıb.
Apasport.az saytının məlumatına görə, bu matçlardan sonra UEFA-nın klub reytinqi açıqlanıb.
Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ”dır. Ağdam klubu “100-lük”dəki yeganə klubumuzdur.
Avropa Liqasının “Olimpiakos”la ev görüşündə qolsuz heç-heçə edən Qurban Qurbanovun komandası aktivinə daha 1 xal artırıb. 24,000 xala malik Ağdam klubu 63-cü yerə şərikdir. Təmsilçimiz xallarını “Monako”, “Molde” və Təl-Əviv “Makkabi”sinə çatdıraraq mövqeyi onlarla bölüşür.
Qeyd edək ki, cədvələ 128,000 xala malik “Mançester Siti” başçılıq edir.
0
0