
Qətər toplanışında olan “Qarabağ” akademiyasının komandaları yoldaşlıq oyunları keçiriblər.
Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, U-15 və U-17 “Aspire Academy Friendly Series” çərçivəsində matçlarda qüvvəsini sınayıb.
Təmsilçilərimiz “Aspire”nin müvafiq yaş qrupu üzrə komandaları ilə görüşüblər. U-17-nin qarşılaşmalarında Asiya təmsilçisi 2:0 və 4:2 hesabı ilə qalib gəlib. Komandanın heyətində qolları Elgün İsaqov və Həbib Qədimov vurublar.
U-15 ilk görüşdə heç-heçə edib. “Qarabağ”ın qoluna Onur Əliyev imza atıb. İkinci matçda Qətər kollektivi qalib gəlib – 2:1. “Qarabağ”ın heyətində Polad Hüseynov fərqlənib.