
Azərbaycan çempionu “Qarabağ” bu gün yoxlama oyunu keçirib.
Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri 2023-cü ildə ilk sınağına çıxıb.
Yanvarın 4-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Ağdam klubu “Rakuv” ilə qarşılın. İlk hissədə qapısında bir top görən Ağdam klubu yekunda 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, yanvarın 23-dək qardaş ölkədə olacaq “Qarabağ” yanvarın 18-də iki matça çıxacaq. Təmsilçimiz "Çukariçki" (Serbiya) və "Poqon" (Polşa) ilə üz-üzə gələcək.
Yoxlama oyunu
13 yanvar
18:00. “Qarabağ” – “Rakuv” (Polşa) - 0:3
Gloria Sports Arena