"Qarabağ"-"Zirə" matçının başlama saatı müəyyənləşib
10.01.2025 - 13:42

"Qarabağ" və "Zirə" komandaları arasında keçiriləcək yoxlama oyununun başlama saatı açıqlanıb.
Apasport.az xəbər verir ki, yanvarın 12-də "Azərsun Arena"da təşkil olunacaq qarşılaşma saat 15:30-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" ötən gün "Kəpəz"i 5:1, "Zirə" isə "Şamaxı"nı 3:1 hesabı ilə üstələyib.
0
0