“Qarabağ”ın Avstriyada iki rəqibi dəqiqləşdi
15.06.2023 - 22:41

Azərbaycan çempionu “Qarabağ”ın Avstriya təlim-məşq toplanışı iyunun 22-də başlayacaq.
Apasport.az-ın məlumatına görə, komanda hazırlıq mərhələsində üç yoldaşlıq oyunu keçirəcək.
Artıq “Qarabağ”ın rəqiblərindən ikisi məlumdur. Ağdam təmsilçisi iyunun 27-də “Ferentsvaroş”, iyulun 1-də isə “Legiya” ilə qüvvəsini sınayacq.
Qeyd edək ki, ağdamlıların qarşılaşacağı üçüncü rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.
0
0