“Qarabağ”ın “Ferensvaroş”la oyununun vaxtı dəqiqləşdi
28.07.2022 - 10:36

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferensvaroş”la ilk oyununun vaxtı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Macarıstan təmsilçisini avqustun 3-də qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında Macarıstandakı səfər görüşü avqustun 9-da keçiriləcək.
0
0