“Qarabağ”ın futbolçusu Afrika Millətlər Kubokunda
29.12.2023 - 10:24

"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade Kabo Verde millisinə dəvət edilib.
Apasport.az xəbər verir ki, futbolçu Afrika Millətlər Kubokunun matçları üçün yığmaya çağırılıb.
Andradenin çıxış etdiyi milli Misir, Qana və Mozambiklə birlikdə B qrupunda çıxış edəcək.
Qeyd edək ki, Afrika Millətlər Kuboku yanvarın 13-dən fevralın 11-dək Fil dişi Sahilində keçiriləcək.
0
0