"Qarabağ"ın qapıçısı ərəblərin diqqətində
11.01.2024 - 14:56

"Qarabağ"ın qapıçısı Andrey Lunyova təkliflər gəlməyə davam edir.
Apasport.az saytına verilən məlumata görə, rusiyalı qolkiper indi də BƏƏ-dən təklif alıb.
Belə ki, Dubayın "Əl-Vəsl" klubu Lunyovla maraqlanır. Ərəblər yayda Andrey üçün "Qarabağ"a təklif göndərəcək.
Qeyd edək ki, hazırda rusiyalı futbolçunun "Qarabağ"la müqaviləsi qüvvədədir. O, Ağdam təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
- Rəşad Rəsullu: "Məqsədimiz qadınlar arasında olimpiya birincisi yetişdirməkdir"
- “Qalatasaray”dan yeni transfer
- Millimizin iki oyununun stadionu dəqiqləşdi
- Şahruddin Məhəmmədəliyev: "Qazaxıstanla olduqca maraqlı oyun gedəcək" - Müsahibə
- Mehdi Hüseynzadə adına stadionun açılış matçında Hiss və Murad Arif çıxış edəcək
0
0