“Qarabağ”ın “Viktoriya” ilə oyunlarının başlama saatı açıqlandı
10.08.2022 - 12:23

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) klubuna qarşı keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, UEFA hər iki qarşılaşmanın saatını açıqlayıb.
Azərbaycan çempionu ilk matçını avqustun 17-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Evdəki görüşün start fiti saat 20:45-də səslənəcək.
Avqustun 23-də isə komandalar Plzendə üz-üzə gələcək. Cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
0
0