
“Qəbələ”nin qış fasiləsində Türkiyədə baş tutacaq təlim-məşq toplanışının vaxtı və yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” 2022/23 mövsümünün ikinci yarısına Antalya şəhərində hazırlaşacaq.
Bölgə təmsilçisi yanvarın 4-dən 17-dək keçiriləcək toplanışda “Limak Limra” otelində məskunlaşacaq. Elmar Baxşıyevin yetirmələri qonşu ölkədə iki yoxlama oyununda qüvvəsini sınayacaq. “Qəbələ” yanvarın 12-də Rumıniyanın “Sepsi” klubu ilə üz-üzə gələcək. Dörd gün sonra baş tutacaq ikinci sınaqdakı rəqib Çexiya təmsilçisi “Teplitse” olacaq.
Qeyd edək ki, “Qəbələ” Misli Premyer Liqasının 16 turundan sonra turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.