Renat bir hissə oynadı, komandası məğlub oldu
18.08.2024 - 00:01

Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun top qoyduğu "Ankaragücü" bu gün növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, 1-ci liqada mübarizə aparan komanda "Erzurumspor"un qonağı olub.
Meydan sahibləri Mustafa Yumlunun 35-ci dəqiqədə vurduğu qolla minimal hesablı qələbəyə sevinib. Renat Dadaşov isə meydana 46-cı dəqiqədə çıxıb.
Qeyd edək ki, iki oyundan sonra paytaxt təmsilçisinin aktivində 3 xal var. Klub 5-ci pillədə qərarlaşıb. "Erzurumspor" isə 3 xalla 8-ci yerdədir.
0
0