"Sabah" Abdulla Xaybullayevlə "nigah təzələdi"
14.01.2024 - 14:55

“Sabah” futbolçusu ilə müqavilə müddətini artırıb.
Apasport.az saytına verilən məlumata görə, ötən ili “Samtrediya”da icarə əsasında keçirmiş Abdulla Xaybullayev hazırda da komandanın düşərgəsindədir.
Onun müqavilə müddəti iki illik artırılıb. Xaybullayev U-21 yığmamızın üzvüdür. Futbolçunun xidmətində maraqlı olan Premyer Liqa klubları var. Onun icarəyə verilib-verilməyəcəyi hələ ki, bəlli deyil. Hansısa klubla razılıq əldə edilməsi, Xaybullayev mövsümün ikinci yarısını “Sabah”da keçirəcək.
0
0