“Sabah” Antalyaya gedir
26.12.2023 - 15:27

“Sabah”ın qış hazırlıq planı bəlli olub.
Apasport.az xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Komanda yanvarın 4-dən 15-dək Türkiyədə təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesi Antalya bölgəsində gerçəkləşəcək.
Qeyd edilən müddətdə komanda “Titanic Deluxe Belek” otelində məskunlaşacaq.
Toplanış çərçivəsində 2 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblər hələlik dəqiqləşməyib.
0
0