“Sabah” meydana çıxmayan futbolçusunu göndərdi
26.04.2023 - 16:16

“Sabah” futbolçusu Tiemoko Fofana ilə yollarını ayırıb.
Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Fil Dişi Sahilindən olan hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Fofana 2021-ci ilin yanvarından “Sabah”da forma geyinib.
Qeyd edək ki, o, cari mövsüm Premyer Liqada meydana çıxmayıb.
0
0