"Sabah" Serbiya klubu ilə heç-heçə etdi
10.07.2024 - 21:42

Sloveniyada təlim-məşq toplanışında olan "Sabah" növbəti yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv Serbiyanın "Çukariçki" klubu ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, "Sabah" Sloveniyada keçirdiyi ilk hazırlıq matçında yerli "Koper"i 1:0 hesabı ilə məğlub edib.
0
0