
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XXVII turunun oyunlarında baş verənlər müzakirə olunub.
“Şamaxı” – “Qəbələ” matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimələnib. “Zirə” – “Neftçi” görüşündə 8 futbolçusu xəbərdarlıq alan qonaq komandanın da cəzası eyni olub.
“Sabah” – “Sumqayıt” qarşılaşmasında bakılıların müdafiəçisi Amin Seydiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb və klubunu 200 manat ziyana salıb. Paytaxt təmsilçisi 5, qonaqlar 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 800 manat cərimə ödəyəcək. Bu matçda hakimlər otağı isti suyu olan duş ilə təmin olunmadığı üçün meydan sahibi kluba xəbərdarlıq edilib.