“Sabah”da ayrılıq
23.05.2022 - 16:17

“Sabah” Slavik Alxasovla yollarını ayırıb.
Klubdan apasport.az saytına verilən məlumata görə, 29 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
2020-ci ilin iyul ayından “Sabah”ın üzvü olan Alxasov cari mövsümdə 15 oyunda meydana çıxıb.
0
0