“Sabah”da yeni müqavilə
24.05.2022 - 15:38

“Sabah”da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi Boyan Letiç paytaxt klubunda qalıb.
Bosniya və herseqovinalı oyunçu Premyer Liqa təmsilçisi ilə yeni müqavilə bağlayıb. 29 yaşlı müdafiəçi ilə sözləşmənin müddəti 1+1 ildir.
Qeyd edək ki, Boyan Letiç bu ilin fevralından “Sabah”ın uğurları üçün çalışır. O, geridə qalan mövsüm 11 oyunda 1 qol vurub.
0
0