Pulişiç “Çelsi”dən getməyə qərar verdi
17.12.2022 - 17:12

ABŞ millisinin futbolçusu Kristian Pulişiç qış transfer pəncərəsində klubunu dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, bunu şimali amerikalı vingerin özü açıqlayıb.
O bildirib ki, “Çelsi”dən getməyə hazırdır. Kristian mövsümü İngiltərə klubunda başa vurmağın əleyhinə olmasa da, təklifləri dəyərləndirmək niyyətindədir.
Qeyd edək ki, Puliçin yığmasının DÇ-2022-nin 1/8 finalına qədər irəliləməsində əsas pay sahiblərindən olub.
0
0