"Sabah"ın qış hazırlıq planı bəlli oldu
25.12.2024 - 09:33

"Sabah"ın qış hazırlıq planı açıqlanıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Vasili Berezutskinin rəhbərlik etdiyi kollektivun mövsümün ikinci yarısına hazırlığına yanvarın 4-də start veriləcək.
Təlim-məşq toplanışı Şüvəlanda yerləşən "Sabah" Futbol Mərkəzində baş tutacaq.
"Sabah" hazırlıq çərçivəsində "Şamaxı" ilə yoxlama oyunu keçirəcək. Görüş yanvarın 12-də, "Bank Respublika Arena”da keçiriləcək.
0
0