Santuş DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək
13.12.2024 - 10:08

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu gün İsveçrənin Sürix şəhərində təşkil olunacaq DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Tədbirə milli assosiasiyanın icraçı vitse-prezidentinin müşaviri Orxan Əhmədov və yığmanın direktoru İlqar Qurbanov da qatılacaqlar.
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
0
0