"Səbail" Türkiyə klubu ilə üz-üzə
13.07.2024 - 12:24

2024/2025-ci illər mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Bakı təmsilçisi Superliqa klubu “Hatayspor”la qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, "Səbail"in Ərzurum toplanışı iyulun 18-dək davam edəcək. Komanda daha əvvəl Türkiyə 1-ci Liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıb və 2:3 hesabı ilə uduzub.
0
0