“Səbail”in futbolçusu əməliyyat olundu
08.12.2023 - 16:52

“Səbail”in futbolçusu Süleyman Əhmədov əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Premyer Liqanın son turunda “Araz-Naxçıvan”la oyundan öncəki məşqlərin birində zədələnən müdafiəçim bu gün Türkiyənin İstanbul şəhərində tanınmış cərrah Berkin Tokey tərəfindən uğurlu əməliyyat keçirib. Əhmədovun 2 aydan sonra yaşıl meydanlara qayıdacağı gözlənilir.
0
0