Şeydayev oynadı, komandası qələbə qazandı - VİDEO
03.02.2024 - 23:39

Türkiyə 1-ci Liqasında XXI turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" doğma meydanda "Adanaspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard matça start heyətində başlayıb və 73-cü dəqiqədə əvəzlənib.
21 turdan sonra 42 xal toplayan "Kocaelispor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
0
0