Sumqayıtda məhsuldar heç-heçə
09.01.2025 - 17:26

Bu gün qış hazırlıq prosesini davam etdirən "Sumqayıt" və "Araz-Naxçıvan" komandaları arasında yoxlama oyunu keçirilib.
Apasport.az xəbər verir ki, görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılıb.
Görüş 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" qış fasiləsində daha bir yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 11-də “Səbail”lə üz-üzə gələcək.
0
0