"Milan" Romada darmadağın edildi - VİDEO
25.01.2023 - 01:56

İtaliya A Seriyasında XIX tura yekun vurulub.
Apasport.az xəbər verir ki, "Latsyo" Romada turnir cədvəlinin 2-ci pilləsində qərarlaşmış "Milan"ı qəbul edib.
Meydan sahibləri güclü rəqibini 4:0 hesabı ilə darmadağına məruz qoyub.
Qeyd edək ki, "Milan" 38 xalla yenə 2-cidir. "Latsyo" isə xalını 37-yə qaldıraraq birdən-birə 4 pillə irəliləyib. Hazırda paytaxt klubu 3-cü sıradadır.
0
0