Təmsilçilərimiz paralimpiadaya Fransada hazırlaşırlar
12.08.2024 - 12:36

Azərbaycanın paraatletika, paraüzgüçülük, paraatıcılıq və parakamandan oxatma üzrə milli komandaları Fransanın Ajan şəhərində təlim-məşq toplanışına start veriblər.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, avqustun 21-dək davam edəcək toplanış Paris-2024 Paralimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, paralimpiada avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.
0
0