"Turan Tovuz" növbəti transferini reallaşdırıb
22.07.2024 - 19:46

"Turan Tovuz" heyətini daha bir futbolçu əlavə edib.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qərb təmsilçisi son mövsümü icarə əsasında "Kəpəz"də keçirən Rüfət Əhmədovla anlaşıb.
Müdafiənin hər iki cinahında oynayan Azərbaycanın U-21 millisinin üzvü ilə "2+1" illik müqavilə bağlanıb.
Qeyd edək ki, R.Əhmədov "Qəbələ"nin yetirməsidir. O, U 21-millisinin heyətində 8 oyunda meydana çıxıb.
- “Liverpul”un istəyi
- Voyislav Stankoviç: “Regekampf bu mövsüm də “Neftçi”də qalsaydı, komanda daha güclü olardı” - Müsahibə
- Yığmamızın oyunçusu evləndi və Azərbaycandan ayrıldı
- Vasili Berezutski: “Sahib olduğum keyfiyyətləri həyata keçirməyə çalışacam”
- "Ferentsvaroş" yoxsa "Qarabağ"? - Romaonun seçimi
0
0