“Konyaspor”un yeni baş məşqçisi bəlli olub
31.10.2024 - 14:53

Türkiyənin “Konyaspor” klubunun yeni baş məşqçisi açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Super Liqa təmsilçisinin sükanı Recep Uçara tapşırılıb. Mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Recep Uçar son olaraq “Ümraniyespor”a rəhbərlik edib.
“Konyaspor”da “Qarabağ”ın sabiq futbolçusu Hamidu Keyta çıxış edir.
0
0