"Turan Tovuz" vətənə qayıdır
26.07.2024 - 23:45

"Turan Tovuz" yeni mövsümə hazırlığın Türkiyə mərhələsini başa vurub.
Apasport.az xəbər verir ki, Kurban Berdıyevin komandası bu gün Azərbaycana qayıdacaq.
Qeyd edək ki, "Turan Tovuz" Türkiyədə "Pendikspor"la (0:0) və "Adana Demirspor"la (3:3) heç-heçə edib. "Kocaelispor"la nəzərdə tutulan oyun isə tərəflər arasında yaranan fikir ayrılığı səbəbindən baş tutmayıb.
0
0