"Turan Tovuz" yoxlama oyununda məğlub oldu
15.01.2024 - 14:06

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Turan Tovuz" növbəti yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, bölgə təmsilçimiz Macarıstanın “Şiofok” klubu ilə qarşılaşıb.
Görüş rəqibin qələbəsi ilə başa çatıb - 2:0.
Qeyd edək ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda bu gün, Bakı vaxtı ilə saat 17:00-da Özbəkistanın "Nasaf" kollektivi ilə görüşəcək.
0
0