"Turan Tovuz"da yeni transfer
22.08.2024 - 20:07

"Turan Tovuz" icarə əsasında çıxış edən Fərid Yusiflini transfer etdiyini açıqlayıb.
Apasport.az xəbər verir ki, qərb təmsilçisi "Neftçi"dən ayrılan yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, F.Yusifli ötən mövsümün ikinci hissəsini icarə əsasında Tovuz klubunda keçirib.
O, əyalət komandasının heyətində Premyer Liqada 10 oyunda meydana çıxıb.
0
0