"Turan Tovuz"un futbolçusu əməliyyat olunub
24.12.2024 - 13:56

"Turan Tovuz" klubunun futbolçusu Faiq Hacıyev əməliyyat olunub.
Apasport.az xəbər verir ki, sol qasıq kanalında yırtıq diaqnozu qoyulan futbolçunun əməliyyatı uğurlu keçib.
İstanbulda baş tutan əməliyyatdan 2 gün sonra futbolçu ev şəraitində müalicəyə buraxılacaq. O, həkimlərin rəyindən asılı olaraq təxminən bir həftə sonra fərdi məşqlərə başlaya biləcək.
0
0