U-17 millimiz Fransa, İsrail və Rumıniya yığmalarına rəqib olub
05.12.2024 - 13:32

Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümünün birinci mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
9-cu qrupda yer alan U-17 Fransa, İsrail və Rumıniya yığmaları ilə mübarizə aparacaq.
Birinci mərhələnin oyunları 2025-ci ilin iyul-noyabr ayları aralığında keçiriləcək.
0
0