Millinin qapıçısı 1 milyona transfer olundu
08.08.2022 - 17:21

Niderland millisinin və “Valensiya”nın qapıçısı Yasper Silessen karyerasını vətənində davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, təcrübəli qolkiperi NEK klubuna keçib.
Onun transferi 1 milyon avroya gerçəkləşib. Bununla da Yasper peşəkar karyerasına başladığı kluba qayıdıb. O, sabiq komandası ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Silessen “Valensiya” karyerasında 67 oyun keçirib.
0
0