“Uembley”də güclü təhlükəsizlik tədbiri
17.10.2023 - 19:19

AVRO-2024 təsnifat mərhələsi çərçivəsində “Uembley”də baş tutacaq İngiltərə - İtaliya oyunundan öncə təhlükəsizlik tədbirləri daha da sərtləşəcək.
Apasport.az xəbər verir ki, London polisi oyun zamanı azərkeşlərin özlərini təhlükəsiz hiss etmələri üçün bütün lazımi tədbirləri görəcəyini bildirib. Belə ki, hüquq-mühafizə orqanları bu məqsədlə xüsusi tədbirlər planı hazırlayıblar.
Qeyd edək ki, bu qərarın alınmasına bir gün əvvəl baş tutmuş Belçika - İsveç oyununda 2 tərəfdarın qətli səbəb olub.
0
0