Ukrayna – Azərbaycan oyununun yeri dəqiqləşdi
16.10.2023 - 14:02

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Ukrayna yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Apasport.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsində baş tutacaq Ukrayna - Azərbaycan qarşılaşması İspaniyanın Mursiya şəhərində təşkil olunacaq. Noyabrın 21-də keçiriləcək matç “Nueva Condomina” stadionunda baş tutacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
0
0