“Fiorentina”da yeni müqavilə
28.10.2022 - 14:03

“Fiorentina” qapıçısı Mikele Çerofolini ilə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.
Sözləşməsi mövsümün sonunda başa çatacaq qolkiperlə anlaşma daha bir il müddətinə uzadılıb. O, 2024-cü ilin yayına qədər Florensiya təmsilçisində forma geyinəcək.
Qeyd edək ki, “bənövşəyilər”in öz yetirməsi olan qapıçı 2017-ci ildə əsas komandaya cəlb edilib.
0
0