Yekəpər hokkeyçilərin taleyi
10.05.2023 - 22:46

NHL-də çıxış edən yekəpər hokkeyçilər dünyadan daha tez köçürlər.
Apasport.az xəbər verir ki, Nyu-Yorkdakı Kolumbiya Universitetinin araşdırılmasından sonra bu nəticə əldə olunub.
Tədqiqatçılar 1967-2022-ci illərdə çıxış edən 6039 hokkeyçinin göstəricilərini araşdırıblar. Əldə olunan nəticəyə görə, kəllə-beyin zərbələrinə məruz qalan yekəpərlər digərlərindən 10 il tez həyatla vidalaşırlar.
Qeyd edək ki, doktor Deyv Ellemberq bundan sonra hokkeydə davaların azala biləcəyini ümid etdiyini bildirib.
0
0