Yığmamız Avropa çempionatında 2 medalla başa vurdu
26.08.2023 - 22:14

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə gənclər arasında Avropa çempionatına yekun vurulub.
Apasport.az saytının məlumatına görə, Taekvondo Federasiyasının dəstəyi ilə yarışa qatılan Azərbaycan millisi qitə birinciliyini 2 medalla başa vurub.
Baş məşqçi Məmməd Abdullayevin yetirmələrindən Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq) bürünc mükafat qazanıb.
0
0