Yığmamız üçün daha bir rəqib
20.09.2022 - 14:11

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, millimiz Şimali Makedoniya yığması ilə qarşılaşacaq.
Matç noyabrın 20-də keçiriləcək. Oyun Skopyedəki “Todor Proeski Milli Arena”da baş tutacaq.
Qeyd edək ki, millimiz noyabrın 16-da Moldova ilə qarşılaşacaq.
0
0