Yığmamızın futbolçusu "Zirə"də
17.06.2022 - 19:46

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Bakı təmsilçisi Rəhim Sadıxovla anlaşıb.
Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan milli komandasının da üzvü olan 25 yaşlı futbolçu daha əvvəl Rusiyanın "Solyaris"(Moskva), "Torpedo"(Moskva), ölkəmizdə isə "Sumqayıt"da çıxış edib.
0
0